CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblər nə vaxt açılır?

© AR Ministry of Education В одной из школ, фото из архива
В одной из школ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu ilk növbədə Təhsil Nazirliyinin resurslarında paylaşılacaq"

BAKI, 13 yanvar — Sputnik. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə ümumtəhsil müəssisələrində dərslərin yaxın zamanda ənənəvi qaydada aparılacağı ilə bağlı məlumatlar yayılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyi yaranan müzakirələrə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" hesabında paylaşdığı məlumatda bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib. Onun sözlərinə görə, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu ilk növbədə Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.

Xəbər lenti
0