Müəllimlər bildirirlər ki, ənənəvi təhsil bərpa olunduqdan sonra onlara keçdikləri dərsləri bir də sıxlaşdırılmış şəkildə tədris etmək tapşırılıb. Valideynlər və şagirdlər isə bunun çətinlik törədəcəyindən əmindirlər
Təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək. Məqsəd platformada təqvim yükünün azaldılması və nəticədə istifadə rahatlığının artırılmasıdır
İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır
"Tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu ilk növbədə Təhsil Nazirliyinin resurslarında paylaşılacaq"