CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir öz yerinə direktor təyin etdi

© AR Ministry of EducationEmin Əmrullayev, arxiv şəkli
Emin Əmrullayev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni direktor 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb

BAKI, 7 yanvar — Sputnik. Təhsil İnstitutuna yeni direktor təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifə Rüfət Əzizova həvalə olunub.

Məlumat üçün bildirək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Yaxın saatlarda Təhsil naziri yeni direktoru Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.

Xəbər lenti
0