18:39 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
ELM
Qısa URL
20 0 0

Anar Mirzəzadə əlavə edib ki, imtahanda texniki səbəblərə görə iştirak edə bilməyənlər üçün yenidən imtahan təşkil olunacaq

BAKI, 21 dekabr — Sputnik. Dekabrın 19-da keçirilən milli qiymətləndirmədə texniki problemlərə görə imtahan prosesini tamamlayan və sonda topladığı balı öyrənə bilməyən şagirdlərin nəticəsini öyrənmək mümkün olmayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə deyib. Onun sözlərinə görə, milli qiymətləndirmə tədqiqat xarakterlidir:

"Valideynlərin və təhsilalanların nəzərinə bir daha çatdırmaq istəyirəm ki, bu qiymətləndirmədə təkcə şagirdlərin bilik göstəricilərini deyil, elektron sistemin imkanlarını da dəyərləndirdik və ən azından müəyyən etdik ki, hansı çatışmazlıqlar var. İmtahanı bitirə bilməyənlərin nəticəsini müəyyən etmək mümkün olmayacaq".

A.Mirzəzadə əlavə edib ki, imtahanda texniki səbəblərə görə iştirak edə bilməyənlər üçün yenidən imtahan təşkil olunacaq. Bu qiymətləndirmənin, yəqin ki, 2021-ci ildə olacağı gözlənilir:

"Güman etmirəm ki, qiymətləndirmədə çox şagirdə valideynləri kömək edib. Belə şagidlərin sayı çox az faiz təşkil edə bilər. Amma istərdim ki, valideynlər bunu etməsinlər".

Teqlər:
Təhsil Nazirliyi, nəticə, cavab, problem, qiymətləndirilmə, imtahan, internet, təhsil, onlayn

Əsas mövzular