Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Beynimiz heyrətləndirir: biz üçölçülü fəzadan fikirləşirik, o isə 11 ölçüdə işləyir

© AP Photo / Scott EisenМозг человека в лаборатории, фото из архива
Мозг человека в лаборатории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər beynin məlumatları emal edərkən çoxölçülü sinir quruluşları, qruplar yaratdığını müəyyən edə biliblər.

BAKI, 6 dekabr — Sputnik. IBM şirkəti ilə 2005-ci ildən "Blue Brain Project" layihəsində çalışan bir qrup alim və İsveçrənin Lozanna Federal Texniki İnstitutu nümayəndələri insan beyninin dünyanı necə qəbul etdiyini müəyyənləşdiriblər.

Sputnik Azərbayan xarici mətbuata istinadla xəbər verir ki, beynin kompüter modelinin yenidən qurulması onun adi üç ölçünün əvəzinə 11 fərqli ölçüdə işləyə biləcəyini göstərib.

"Cəbr topologiyası eyni zamanda teleskop və mikroskop kimidir. Gizli quruluşları tapmaq və hələ də boş yerləri görmək üçün şəbəkəni böyüdə bilər", - deyə tədqiqatın müəlliflərindən olan Katrin Hess bildirib.

Alimlər beynin məlumatları emal edərkən çoxölçülü sinir quruluşları, qruplar yaratdığını müəyyən edə biliblər. Onlar kiçik boşluqlarda meydana gəlir və 11 fərqli ölçüyə sahibdirlər. İnformasiya işləndikdən sonra həm qruplar, həm də boşluqlar parçalanır.

"Beyin məlumatları işləyərkən çoxölçülü boşluqların meydana gəlməsi şəbəkədəki neyronların stimullara son dərəcə mütəşəkkil bir şəkildə cavab verməsi deməkdir", - deyə tədqiqatçı Ren Lavi bildirib.

Layihənin rəhbəri Henri Markramın fikrincə isə, beyin fəaliyyəti maddi hala gələn və sonra parçalanan çoxölçülü bir qum qalasına bənzəyir: "Beynin kiçik bir hissəsində belə, yeddi ölçüdə on milyonlarla belə cisim var. Bəzi şəbəkələrdə hətta 11 ölçüyə qədər quruluşlara rast gəldik".

Xəbər lenti
0