06:41 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
ELM
Qısa URL
4820

Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır

BAKI, 24 noyabr — Sputnik. Dünyanın ətrafına üç ildir ki, dövr edən miniatür peyk aşkar edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər bu obyekti planetimizin yaxınlığında olarkən aşkar edə biliblər.

Göydəki zəif bir nöqtəni 2020-ci ilin fevralında Arizonadakı "Catalina Sky Survey"dən olan astronomlar görə biliblər. Onlar obyekti "2020 CD3" adlandırıblar. Peykin təbiətini müəyyən etmək dərhal mümkün olmayıb. Əvvəlcə alimlər onun bir qaya parçası, bir peyk və ya raket parçası ola biləcəyini düşünüblər.

Daha sonra kiçik peyk yaxından araşdırılıb, onun təbii mənşəli olduğu qənaətinə gəliblər. Diametri yalnız 1,2 metr olan peyk Günəş sisteminin asteroid qurşağındakı əksər obyektlər kimi silikatlardan ibarətdir.

Tədqiqatçılar onun trayektoriyasını müşahidə edərək, müəyyən ediblər ki, peyk Yerin orbitində 2,7 il əvvəl görünüb. Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır. "2020 CD3" həqiqi Aya çox yaxın uçub və bu onu daha sabit bir orbitə çıxarıb.

2020-ci ilin martında peyk Yer kürəsinin yaxınlığını tərk edib. Ancaq elm adamlarının dediyi kimi, Çilidə Vera Rubin Rəsədxanası işə düşdükdən sonra çox sayda belə miniatür obyekt tapa biləcəklər. Ən yaxşı halda, komanda iki-üç ayda bir yeni "mini Ay" kəşf edəcək. Bu tip asteroidlər haqqında çox az şey bilinir və onların Yerin orbitinə yaxınlaşması müşahidə üçün misilsiz imkanlar yaradır.

Teqlər:
kosmos, Yer, peyk, Ay

Əsas mövzular