CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yupiterin peyki niyə qaranlıqda işıq saçır - səbəbi öyrənildi

© AFP 2023 / Handout / NASA/ESAYupiter planeti və onun ən böyük peyki Qanimed
Yupiter planeti və onun ən böyük peyki Qanimed - Sputnik Azərbaycan
Abunə olmaq
Radar, okeanı əhatə edən buz qabığının qalınlığını ölçəcək və Antarktidadakına bənzər yeraltı göllərin tapılmasına kömək edəcək.

BAKI, 14 noyabr — Sputnik. Yupiterin buz peyki hesab edilən Avropa günəş sistemində hər hansı bir həyat formasını ehtiva edə bilən az sayda cisimdən biri hesab olunur. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalar donmuş qabığın dərinliyində Yerdəki kimi isti və duzlu bir okeanın olduğunu göstərir.

Bildirilir ki, orada nəzəri olaraq ibtidai mikroorqanizmlərin yaranması üçün lazım olan proseslər baş verə bilər. Alimlərin yeni araşdırması Avropa haqqında yeni faktları ortaya çıxarıb. Belə ki, müəyyən edilib ki, planet qaranlıqda yaşıl rəngdə görünür.

Полная луна светит сквозь облака, фото из архива - Sputnik Azərbaycan
ELM
Ayın əkiz tayı tapılıb

Bu, Yupiterin güclü maqnit sahəsində yüksək səviyyədə radiasiyanın onun buzlu səthi ilə qarşılıqlı təsiri ilə əlaqəlidir. Laboratoriya modelləşməsi şüalanmış buzun "elektron stimullaşdırılmış lüminesans" adlanan proses zamanı yaşılımtıl işıq saçdığını göstərib.

Alimlər qeyd ediblər ki, Avropanın gecə işıqlanması Günəş sistemində unikal hadisədir. NASA-nın bu on illiyin sonunda Avropa Clipper missiyası parlamanı yaxından müşahidə edə və Avropa səthinin kimyəvi tərkibini xəritəyə ala biləcək.

Bu müşahidələr yarımbuz okeanın tərkibini öyrənmək üçün əhəmiyyətlidir. Bunu öyrənməklə oradakı həyatın varlığını təsdiq etmək mümkün olacaq. Cihaz müxtəlif avadanlıqlarla təchiz ediləcək. Radar, okeanı əhatə edən buz qabığının qalınlığını ölçəcək və Antarktidadakına bənzər yeraltı göllərin tapılmasına kömək edəcək.

Maqnetometr isə maqnit sahələrinin gücünü və istiqamətini təyin edəcək. Avropada radiasiyanın mövcudluğunun aşkarlanması da elm adamları üçün vacibdir.

"Radiasiya günəş işığı kimi, yer üzündə həyat üçün kritik bir enerji formasıdır. Bu, Avropada həyatın olması şansını artıra bilər", - deyə mütəxəssislər izah ediblər.

Xəbər lenti
0