CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayın əkiz tayı tapılıb

© AP Photo / Michael ProbstПолная луна светит сквозь облака, фото из архива
Полная луна светит сквозь облака, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar (101429) 1998 VF31-in digər asteroid və meteoritlərə çox bənzəmədiyini, lakin Aya bənzədiyini sübut edib.

BAKI, 13 noyabr — Sputnik. Şimali İrlandiyadakı Arman Rəsədxanasından və Planetariyadan olan astronomlar tərkibi Aya bənzəyən asteroid kəşf ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər bunu Ayın çoxdan itdiyi "əkizi" olduğunu iddia edirlər. Asteroid Troyan qrupunun bir hissəsidir və Marsın orbitinə yaxın orbitlərdədir. Asteroidə (101429) 1998 VF31 adı verilib. Tərkibini müəyyənləşdirmək üçün elm adamları işıq dalğalarını ölçən spektroqrafdan istifadə ediblər. Bu asteroidin səthinin rəngləri necə əks etdirdiyini görməyə imkan verir. Eyni formada mütəxəssislər Mars və Yupiter arasında üzən 10 kvintillion dollar (10.000.000.000.000.000.000.000 dollar) dəyərində bir asteroid haqqında məlumat toplayıblar.

Araşdırmalar (101429) 1998 VF31-in digər asteroid və meteoritlərə çox bənzəmədiyini, lakin Aya bənzədiyini sübut edib.

Müəlliflər asteroidin günəş radiasiyasının təsiri (kosmik hava şəraiti) səbəbindən oxşar xüsusiyyətlərə sahib ola biləcəyini güman edirlər. Ancaq çox güman ki, asteroid Aydan ayrılıb.

Xəbər lenti
0