CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yarım əsr sonra Astronavtika Konqresinin Bakıda keçirilməsi simvolik olacaq - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyasının əsas tədbiridir.

BAKI, 12 oktyabr - Sputnik. Yarım əsrdən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi simvolik olacaq və ölkəmizin, xalqımızın yüksək intellektual və texniki potensialını nümayiş etdirəcək.

Статуя Свободы на фоне полной луны в Нью-Йорке  - Sputnik Azərbaycan
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün virtual formatda keçirilən 71-ci Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarına müraciətində deyib. 

“Kiber kosmos” mövzusuna həsr olunmuş builki Beynəlxalq Astronavtika Konqresi beynəlxalq kosmik cəmiyyətin aparıcı agentlikləri, elmi mərkəzləri və təşkilatlarının rəhbərlərini, eləcə də məşhur alimlər, yüksək səviyyəli mütəxəssislər,  o cümlədən özəl sektordan olan gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla on mindən çox nümayəndəni bir araya gətirib.

İlham Əliyev videomüraciətində Beynəlxalq Astronavtika Konqresinin 1973-cü ildə Sovet İttifaqında yalnız bir dəfə məhz Bakıda keçirildiyini xatırladıb. 

“Bu gün Azərbaycan orbitdəki üç peyki və kosmik sahədə insan potensialı ilə dünyanın kosmik klubunun üzvüdür. 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqresin ölkəmizdə kosmik sənayenin inkişafına yeni töhfələr verəcəyinə əminəm. 2023-cü ildə beynəlxalq kosmik ictimaiyyəti Bakıda görəcəyimizə ümid edirik”, – deyə cənab Prezident İlham Əliyev çıxışını tamamlayıb.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi 12-14 oktyabr tarixlərində keçiriləcək. Konqresin gündəliyində olan bir sıra plenar, texniki və xüsusi sessiyalar IAC 2020 veb-saytında canlı yayımlanacaq və bu da Konqresin daha geniş auditoriyaya çatdırılmasına imkan verəcək. 

Beynəlxalq Astronavtika Konqresi haqqında

1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyasının əsas tədbiridir. Konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6,000-dən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri  və ən son innovasiyaları izləmək fürsəti əldə edir.

Xəbər lenti
0