03:00 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
77 0 0

Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur.

BAKI, 6 oktyabr — Sputnik. Təhsil Nazirliyi tələbələrə və təhsil müəssisələrinə müraciət edib. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin oktyabr ayının 12-dək uzadılıb.

"Bildiyiniz kimi, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir.

Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur. Məlumat üçün bildirmək istəyirik ki, https://e-telebe.edu.az elektron portalı vasitəlilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir və həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır".

Əsas mövzular