00:52 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
56410

"10 mindən çox valideyn isə övladının dərsə gəlməməsi üçün iltizam yazıb. Məktəblərdə davamiyyət maksimum 50 faizdir. Bu şəraitdə dərslərin iki həftəlik dayandırılması vacibdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr  — Sputnik. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə hərbi vəziyyətdə dərslərin bir həftəlik dayandırılması tələb olunur. Təhsil üzrə ekspertlər dərslərin hərbi vəziyyətdə bir müddətlik dayandırılmasının həm internetdə yaranmış məhdudiyyətlər, həmçinin də cəbhədə baş verən hadisələrlə bağlı vacib olduğu qənaətindədirlər. Sputnik Azərbaycan hərbi vəziyyətdə dərslərin dayandırılmasının nə dərəcədə vacib olduğunu araşdırıb.

Qeyd edək ki, bu tədris ilindən dərslər ali məktəblərdə onlayn, orta məktəblərdə isə hibrid formada təşkil olunur. Bu gündən etibarən isə məktəblərdə mərhələli təhsilə görə 5-9-cu siniflər Bakı-Abşeron Sumqayıtda həftədə iki, regionlarda isə həftədə üç dəfə olmaqla əyani şəkildə dərslərini davam etdirirlər.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırki şəraitdə dərslərin əyani keçirilməsi təhlükəlidir: "Həm koronavirus pandemiyası, həmçinin də cəbhədəki vəziyyətə görə dərslərin bir müddətlik dayandırılması daha məqsədəuyğundur.

Hazırki şəraitdə erməni başını itirib. Mülki əhalini belə hədəfə alırlar. Ona görə də iki həftə tədrisin dayandırılması təhlükəsizliyimiz üçün vacib məqamdır. Hal-hazırdakı situasiyada məktəblərdə dərslərin davam etdirilməsi təhlükəlidir. Bu gün Azərbaycan məktəbləri mühafizə olunmur. Göydən raket düşsə, bunun qarşısını dərhal almaq mümkün deyil. Erməni təxribatçıları evində oturmuş məktəblini öldürdülər. Azyaşlı uşaqların belə bir vaxtda məktəbə getməsi təhlükəlidir".

K.Əsədov deyir ki, bu gündən tədrisin nəzərdə tutduğumuz mərhələli təşkili düzgün deyil: "Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu məktəblərdə dərslər iki həftəlik dayandırılıb. 10 mindən çox valideyn isə övladının dərsə gəlməməsi üçün iltizam yazıb. Məktəblərdə davamiyyət maksimum 50 faizdir. Bu şəraitdə dərslərin iki həftəlik dayandırılması vacibdir".

Təhsil Nazirliyindən isə bildirdilər ki, Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib: "Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir. İnanırıq ki, ümumi təhsil müəssisələrində tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər bundan sonra da uğurla reallaşdırılacaq".

Əlaqədar

Nazir: Səfərbərliyə cəlb olunan müəllimlər əvəz ediləcək
Təhsil naziri dərslərin aqibəti haqda: Bakıda ibtidai siniflər həftədə 3 dəfə dərs keçəcək
Heç kim övladını o məktəbə göndərmək istəmir: onların həyatı üçün ciddi təhlükə var - FOTO
Hərbi vəziyyətdə təhsilə necə davam edəcəyik - Nazirlik aydınlıq gətirir
Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı
Teqlər:
onlayn, təhsil, məktəb, şagirdlər, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular