08:15 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
1910

Belə bir rəsədxana Günəşin, Yerin, planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaqdı.

BAKI, 24 sentyabr — Sputnik. Sovet İttifaqı 60-cı illərin sonlarında ilk dəfə olaraq Ayda astronomik rəsədxana yaratmaq niyyətində olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə açıqlanmış və "Roskosmos" agentliyinin saytında yerləşdirilmiş gizli sənədlərdə deyilir.

"Təklif olunan işlərin texniki-təşkilati istiqaməti 1968-1969-cu illərdə dünyada ilk Ay rəsədxanasının yaradılması üçün real imkanları təmin edəcək", – Mərkəzin Elmi Tədqiqat Maşınqayırma İnstitutunun direktoru Yuri Mozjorinin 1967-ci ildə imzaladığı sənəddə bildirilir.

Sənədə görə, belə bir rəsədxana Günəşin, Yerin (meteorologiya və digər məqsədlər üçün), planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaq.

Qeyd edilir ki, Ay astroteleskopik sistem üçün kifayət qədər dayanıqlı təbii platformadır və ondan, demək olar ki, 14 gün ərzində Kainatın istənilən obyektini müşahidə etmək olar. Ay atmosfer təsiri olmadan astrofiziki tədqiqatları aparmağa imkan verir.

Astronomik rəsədxananı E-8 enmə stansiyası əsasında yaratmaq və "Proton-K" raketinin köməyi ilə Aya çatdırmaq nəzərdə tutulub.

Əsas mövzular