CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Universitetlərdə təhsil haqları ilə bağlı müraciət - hissə-hissə olsun

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən il 700 bal toplayan abituriyent olmasa da, bu il 2 abituriyent bu nəticəni əldə edə bildi. Bu o deməkdir ki, şəraitdən asılı olmayaraq, ölkəmizdə istedadlı uşaqlar öz biliklərini nümayiş etdirə bilirlər"

BAKI, 24 sentyabr — Sputnik. Universitetlərə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir.  Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Etibar Əliyev Facebook sosial şəbəkəsindəki hesabında qeyd edib.

O, universitet rəhbərlərinə müraciət edərək bildirib:

"Rəhbərlik etdiyiniz ali məktəblərə daxil olan ən yüksək bal toplamış abituriyentdən ən aşağı bal toplamış abituriyentə qədər hər bir tələbəyə keyfiyyətli təhsil verilməsinin məsuliyyəti Sizin üzərinizə düşür. İndiki şəraitdə əsas problem distant təhsilin keyfiyyətini ənənəvi təhsilin keyfiyyətinə yaxınlaşdırmaqdır. Distant təhsil mədəniyyətini formalaşdırmaqdır. Universitetlərə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir".

Millət vəkili bildirib ki, bu il ali məktəblərə qəbul imtahanlarının nəticəsi ekspertlərin düşündüyü kimi olmadı və qruplar üzrə yüksək nəticə göstərənlərin sayı ötən illərdən kəskin şəkildə fərqlənmir: “Ötən il 700 bal toplayan abituriyent olmasa da, bu il 2 abituriyent bu nəticəni əldə edə bildi. Bu o deməkdir ki, şəraitdən asılı olmayaraq, ölkəmizdə istedadlı uşaqlar öz biliklərini nümayiş etdirə bilirlər. Ali məkəb rəhbərləri çətin şəraitdə yüksək nəticə əldə edən tələbələrə keyfiyyətli təhsilin verilməsi üçün onların universitetin bütün imkanlarından istifadə etmələrinə şərait yaratmalıdırlar. Ölkədə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Pandemiyadan asılı olmayaraq şagird nailiyyətlərini bu dəyərə yönləndirməyi bacarmalıyıq”.

 

Xəbər lenti
0