CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqları tənəffüsə buraxmayacaqlar: Bakı məktəblərində yeni qaydalar - FOTO

© Sputnik / Ibrahim HashimovMəktəbdəhazırlıq
Məktəbdəhazırlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəblərdə yeni tədris ilində bir sıra yeniliklər olacaq. Hər partanın arxasında bir şagird əyləşəcək. Tənəffüslər isə sinifdə təşkil ediləcək

BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 15-dən 2020-2021-ci tədris ilinə start verilir. Ölkədəki bütün məktəblərdə karantin qaydalarına uyğun şəkildə hazırlıq işləri aparılır. Paytaxtda yerləşən 6 nömrəli məktəb-liseydə də son hazırlıq işləri görülür. Sputnik Azərbaycan-ın məlumatına görə, binanın girişində hərarəti məsafədən ölçmək üçün cihaz və dezinfeksiya maddəsi qoyulub. Məktəb-liseyin direktoru Gülşən Orucova bildirib ki, şagirdlərin hərarətinin əsasən siniflərdə ölçülməsi nəzərdə tutulub. Burada əsas məsuliyyət sinif rəhbərlərinin üzərinə düşəcək.

© Sputnik / Ibrahim Hashimov 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova
Uşaqları tənəffüsə buraxmayacaqlar: Bakı məktəblərində yeni qaydalar - FOTO - Sputnik Azərbaycan
6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova

“Məktəbə daxil olarkən onun hərarəti ölçülməli və tibb personalı tərəfindən müəyyən nəzarətdə saxlanmalıdır. Etiraf edək ki, sosial məsafəni qorumaq üçün bütün uşaqları tək-tək girişdə yoxlamaq mümkün olmayacaq. Siniflərdə nəzarətdə saxlanmalıdırlar, gündə 2 dəfə hərarəti ölçülməlidir”.

© Sputnik / Ibrahim Hashimov 6 nömrəli məktəb-liseydə hazırlıq işləri
Uşaqları tənəffüsə buraxmayacaqlar: Bakı məktəblərində yeni qaydalar - FOTO - Sputnik Azərbaycan
6 nömrəli məktəb-liseydə hazırlıq işləri

Sinif otaqlarındakı partalar da sosial məsafə nəzərə alınmaqla qoyulub. Yeni tədris ilində siniflər yarımqruplara bölünəcək. Əvvəlki illərdən fərqli olaraq 1 partada iki yox, bir şagirdin əyləşdirilməsi nəzərdə tutulub. Bu səbəbdən də hər partanın arxasına 1 ədəd stul qoyulub. Gülşən Orucovanın sözlərinə görə, tənəffüslər də ənənəvi qaydada təşkil edilməyəcək.

© Sputnik / Ibrahim Hashimov 6 nömrəli məktəb-liseydə hazırlıq işləri
Uşaqları tənəffüsə buraxmayacaqlar: Bakı məktəblərində yeni qaydalar - FOTO - Sputnik Azərbaycan
6 nömrəli məktəb-liseydə hazırlıq işləri

“Düşünürəm ki, hazırki vəziyyətdə uşaqların tənəffüsə buraxılmağı düzgün deyil. Çünki burada artıq o nəzarəti saxlamaq mümkün olmaz. Otağın havasını dəyişməklə, müəyyən sosial məsafəni qorumaqla, uşaqlara hər hansı sərbəstlik verməklə, hətta bir az da əyləncəli, bir az da onlara maraqlı şəkildə tənəffüs vaxtlarını keçirmək mümkündür”.

Karantin qaydaları ilə bağlı məlumatlandırıcı vərəqələr də hazırlanıb və onlar lazımi ərazilərə yerləşdiriləcək. Dərslər həftədə 2 dəfə əyani, qalan günlərdə isə onlayn şəkildə təşkil ediləcək.

Xəbər lenti
0