13:35 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
71240

"Şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər" - Vəfa Yaqublu

BAKI, 7 sentyabr — Sputnik. “İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Sputnik Azərbaycan bildirir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”.

V. Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır.

Uşaqların məktəblərə hansı günlər gələcəyi isə, şöbə müdirinin sözlərinə görə, dərs cədvəllərindən asılıdır. Məktəblərdə sıxlığının azaldılması üçün bütün sinif komplektləri həftənin günləri arasında bölüşdürüləcək, bununla məktəbə gələn şagirdlərin sayı iki dəfə azaldılacaq. Həmçinin şagirdlər arasında 1,5 m-lik məsafənin qorunması mümkün olmayan sinif komplektlərində onlar iki yarımqrupa bölünəcəklər. Cədvəllər də buna uyğun hazırlanacaq. 

Məktəblilərin gün ərzində 7-8 saat dərs keçəcəkləri barədə sualı cavablandıran V.Yaqublu bildirib ki, uyğunlaşdırılmış tədris planına görə, əyani dərslər (həftə ərzində) narıncı zonalarda 7 saat, sarı zonalarda isə 12 saat nəzərdə tutulur, bunu da 4 saat-4 saat böləndə həftədə iki-üç gün dərs edir. 

V.Yaqublu həmçinin qeyd edib ki, bədən tərbiyəsi, əmək dərsləri kimi fənlər distant qaydada keçiləcək. 

Distant dərs keçmək üçün müəllimlərin imkanlarına gəldikdə isə, V.Yaqublu qeyd edib ki, bu məsələ məktəb rəhbərliyi tərəfindən nəzarətə götürüləcək, həmin müəllimlərin texnoloji biliklərinin artırılmasına dəstək veriləcək. Əgər xüsusi alətləri yoxdursa, məktəbin kompüterlərindən və internet bağlantısından istifadə edə biləcəklər: "Hər cür çalışacağıq ki, bu cür hallar azalsın".  

Əlaqədar

"Ali təhsil haqqında" qanun layihəsi hazırlanacaq: təhsil haqqı da gündəmdədir
İmtahanlar bitdi, Ombudsman dilləndi: Şərtləri yumşaldın
Bakı, Sumqayıt, Abşeronda dərslər belə keçiriləcək - Nazir əmr imzaladı
Onlar da keyfiyyətə güvənmirlər: "Əsas məsələ odur ki, biz bir nəsli itirməyək"
Ekspert: "Şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər"

Əsas mövzular