CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ali təhsil haqqında" qanun layihəsi hazırlanacaq: təhsil haqqı da gündəmdədir

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidKitabxanada tələbələr, arxiv şəkli
Kitabxanada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur

BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat veriblər.

Komitə sədri Bəxtiyar Əliyev deyib ki, qarşıdakı sessiyada komitədə "Ali təhsil haqqında" qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.

Sonra komitə sədri "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatı birinci oxunuşda diqqətə çatdırıb. O, qanun layihəsinin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını deyib. Komitə sədri sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb.

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
ELM
Onlar da keyfiyyətə güvənmirlər: "Əsas məsələ odur ki, biz bir nəsli itirməyək"

Bildirilib ki, təklif olunan qanuna əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Onlayn iclasda Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilib.

Bildirilib ki, sözügedən sənədlərə təklif olunan dəyişikliklər "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2018-ci il tarixli və "Ümumi təhsil haqqında" 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Yeni sənədin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə xitam verilməsi mexanizmləri, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan təhsil müəssisəsi rəhbərinin müavininin Azərbaycan vətəndaşı olması, ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsi, günü uzadılmış qrupların təşkili qaydalarını müəyyən edəcək.

Sonra onlayn iclasda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxılıb. Bildirilib ki, qanun layihəsi "Ümumi təhsil haqqında" qanunun icrası ilə əlaqədar hazırlanıb. Məcəllənin 192-ci maddəsinə təklif edilən dəyişiklik qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.

Sonda müzakirə edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Xəbər lenti
0