19:35 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
26 0 0

Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib

BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.

Sputnik Azərbaycan Ombudsman Aparatının məlumatına istinadla xəbər verir ki, müraciətdə koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.

Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsi, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.

Əlaqədar

Ombudsman Aparatı nəhayət dilə gəldi: Səbinə Əliyeva işinin başındadır
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürüb
Bəzi abituriyentlərin müraciətinə baxılmayacaq - DİM-dən xəbərdarlıq
DİM bu abituriyentlərə təkrar şans verdi
İmtahan nəticələrindən narazı olanların nəzərinə

Əsas mövzular

  • Ərdoğan və Merkel

    Qlobal problemlər milli sərhədlərdən asılı olmayaraq razılaşma və əməkdaşlıq tələb edir. Çox vaxt Təhlükəsizlik Şurası vacib qərarlar verilməli olduqda bloklanır

    7
  • Leonid Kalaşnikov, arxiv şəkli

    Azərbaycanın nümayəndə heyəti sentyabrın 23-də Rusiya Dövlət Dumasında "böyük görüş" keçirəcək. Rusiya və Azərbaycan parlamentariləri COVID-19 pandemiyası şəraitində iqtisadi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədirlər

    30
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin binası

    Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır

    23