17:11 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
87811

"Avqustun sonuna qədər virusa yoluxmada müsbət tendensiya olarsa, ənənəvi təhsilə, mənfi dinamika qeydə alınarsa, distant təhsilin genişənməsinə ehtiyac yaranacaq.  Bu iki həftənn dinamikası qərar qəbul etmək üçün əsas verməlidir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Bilik gününə sayılı günlər qalsa da, hələ də ümumtəhsil müəssisələrində dərslərin necə keçiriləcəyi barədə dəqiq qərar verilməyib. Təhsil naziri Emin Əmrullayevin avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə videoformatda keçirilən konfransında təhsilin ənənəvi formada davam etdirilməsinin mümkün olmadığını vurğulayıb.

Nazir təhsil adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib. Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev də açıqlamasında bildirib ki, BŞTİ, Təhsil Nazirliyi, eyni zamanda məktəblərin rəhbərliyi, müəllim heyəti, bir sözlə, cəmiyyət hərəkətlərini tələb olunan qaydalara, protokollara uyğun olaraq tənzimləsə, Bakı şəhərində də hibrid formada tədrisin təşkili mümkündür.

Bəs görəsən, hibrid tədris forması nə dərəcədə effektlidir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası idarə olunmadığından təkliflərin birini seçib tətbiq etməliyik:

"Təhsil İnstitutu araşdırma apardıqdan sonra təhsilin pandemiya dövründə davam etdirilməsi üçün təkliflər hazırlayıb. Mən hesab edirəm ki, o təkliflərin ən yaxşısı hibrid tədris formasıdır. Hibrid təhsilin yüzlərlə variantı var. Təhsil İnstitutundakı mütəxəssislərin köməyi ilə ən yaxşı variant seçiləcək. Bəzən deyirlər ki, şagirdlərin iki gün məktəbə getməsi ilə beş gün getməsində fərq yoxdur. Virusa yoluxan iki gün getsə də yoluxacaq. Bu düzgün fikir deyil. Hibrid təhsilin effekti ondadır ki, şagirdlər arasında təmas azaldılsın".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslərin hansı formada aparılacağı gələn iki həftənin virusa yoluxma dinamikasından asılı olacaq:

 "Biz hazırda koronavirusa yoluxma dinamikasının azaldığını müşahidə edirik. Amma bu dinamika dəyişir. Məktəblərin açılmasına isə az qalıb. Ona görə də təhsilin necə davam etdirilməsi barədə qərar açıqlanmalıdır. Amma nəzərə alaq ki, pandemiya idarə olunmur. Dünya ilk dəfədir ki, belə hadisə ilə qarşılaşıb. Azərbaycanda Təhsil İnstitutu bununla bağlı çox maraqlı təkliflər paketi hazırlayıb. Bu təkliflər ictimaiyyətə açıqlanıb.

Hər bir ölkə pandemiyanın dinamikasından asılı olaraq dərs ilinin başanması ilə bağlı çıxış yolu axtarır. Belə qənaətə gəlinib ki, ibtidai təhsil ənənəvi qaydada həyata keçirilsin. Orta təhsil, demək olar ki, tam şəkildə, tam orta təhsil hissəsi isə hibrid formada həyata keçirilsin. Bu həftənin virusla bağlı dinamikası çox həlledicidir. Avqustun sonuna qədər virusda yoluxmada müsbət tendensiya olarsa, ənənəvi təhsilə, mənfi dinamika qeydə alınarsa, distant təhsilin genişənməsinə ehtiyac yaranacaq.  Bu iki həftənn dinamikası qərar qəbul etmək üçün əsas verməlidir. Amma bütün ali məktəb müəllimləri distant təhsilə hazır olmalıdırlar, universitetlər distant təhsil imkanını genişləndirməlidir".

E.Əliyev  deyir ki, həftədə iki-üç dəfə dərsə getmək təklifi effektlidir. Çünki şagirdi məktəbdən soyutmaq da olmaz:

"Biz nə vaxtsa ənənəvi təhsilə keçəcəyik. Artıq ÜST də karantinin yenidən tətbiq edilməsini tövsiyə etmir. Amma bu gün qarşıya qoyulan əsas məqsəd şagirdlə məktəbin əlaqəsini kəsməməkdir. Hər şey gələn həftənin virusa yoluxma dinamikasından asılı olacaq".
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

Diplom almaq heç bu qədər asan olmamışdı - Yenilik
"Əti sənin, sümüyü mənim" dedirtməyənlər - tək dərd pulda deyil ki...
Ekspert: “Ənənəvi formada dərslərin keçilməsi bərpa edilməlidir”
Əvvəllər qışa mürəbbə, turşu ehtiyatı görülürdü - İndi müəllimləri konservləşdirəcəklər
Tədris ili necə və nə vaxt başlayacaq? - Nazir deputatlara müzakirə etdi

Əsas mövzular