20:09 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
325 0 0

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Növbəti tədris ilindən etibarən erkən nikahlar və qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil ediləcək. Maraqlıdır, bunun effekti nə dərəcədə olacaq?

Bu barədə Sputnik Azərbaycan-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun heç bir faydasının olmayacağını vurğulayıb: "Burada auditoriya düzgün seçilməyib. Çünki erkən nikahları həyata keçirən şagirdlər deyil. Şagirdlər tərəfindən bu dərslərin nə dərəcədə mənimsənilməsi bunun həyata keçməsi demək deyil, yəni, bu erkən nikahdan qorunmaq deyil. Tutaq ki, şagird erkən nikahla bağlı materialı mənimsəyib. Bəs, valideyn? Bu səbəbdən də deyirəm ki, maarifləndiriləcək kütlə düzgün seçilməyib. Valideynin qonşusunda imkanlı biri olandan, atası başlıq pulunu alandan sonra nə olacaq?! Şagird valideynin fikrini dəyişə biləcəkmi".

"Baxın, erkən nikahlar restoranlarda qeydə alınır. Bəs, restoran sahibinin guya bundan xəbəri yoxdur?. Necə olur ki, bu gün maskaya görə cərimələr yazılır, amma erkən nikaha görə, kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Hər il Azərbaycanda 500-dək erkən nikah qeydə alınır, bəs buna görə məsuliyyət hanı, qeydə alınırmı?", - deyə K.Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, erkən nikahlar daha çox imkansız, çox qız uşaqlarının olduğu ailələrdə baş verir.

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir. Yolda birinin ürəyi getsə, ilkin tibbi yardım göstərə biləcəksiniz? Yol hərəkəti qaydalarını hamı bilirmi? Məktəblər bunu öyrətməlidir. Məktəb insanı həyata hazırlamalıdır",- deyə ekspert əlavə edib.

Əsas mövzular