CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaya qəbulun nəticələri elan edildi

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan  15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər

BAKI, 25 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbulun nəticələri elan olunub.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahan nəticələri yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan  15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə qəbulun vaxtı elan olunacaq.

Xəbər lenti
0