05:01 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
29 0 0

Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaqdır.

BAKI, 25 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 2 və 3 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəiçi günlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 3 iyul tarixində Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcəkdir. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

İmtahana buraxılış vərəqəsi hər imtahan gününə 5 gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.

2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – qrafikdə tanış ola bilərsiniz.

Tarix/İmtahan* 02.07.2020 03.07.2020
– Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə
qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı  
– H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanı
––– Naxçıvan MR
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı Daşkəsən
Şirvan
Ağcabədi
Bərdə
Naxçıvan MR
Naftalan
Saatlı
Azərbaycan dili (dövlət dili) imtahanı
-Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün
Tovuz
Gədəbəy
Şəki
Şamaxı
Ucar
Qusar
Naxçıvan MR
Şəmkir
Qəbələ
İsmayıllı
Zərdab
Şabran
9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı Tovuz
Gədəbəy
Şəki
Lerik
Şamaxı
Ucar
Qusar
Naxçıvan MR
Şəmkir
Qəbələ
Yardımlı
İsmayıllı
Zərdab
Şabran
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
əvvəlki illərin məzunları üçün qəbul imtahanı
Tovuz
Gədəbəy
Şəki
Lerik
Şamaxı
Ucar
Qusar
Naxçıvan MR
Şəmkir
Qəbələ
Yardımlı
İsmayıllı
Zərdab
Şabran
Azərbaycan dili (dövlət dili) imtahanı:
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə
təsdiq etmiş əvvəlki illərin məzunları üçün
Daşkəsən
Şirvan
Ağcabədi
Bərdə
Naxçıvan MR
Naftalan
Saatlı

Qeydlər:

- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Əlaqədar

Abituriyentlərin işi asanlaşdı: qəbul imtahanlarına görə videomühazirələr artıq əlçatandır
Hərarəti yüksək olan iki nəfər imtahana buraxılmadı
Yenə imtahan, amma təkrar suallar
Ümid etməyə dəyməz!? Sentyabr yaxınlaşır, amma hələ heç nə məlum deyil

Əsas mövzular