CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bu, 100 nəfərlik bir imtahan deyil ki, əvvəldən hazırlaşsınlar" - Məleykə Abbaszadə

© Photo : REPORTЭкзамен во время пандемии
Экзамен во время пандемии  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu cür imtahanı bütün ölkədə keçirmək üçün gərək əvvəldən dəfələrlə sınaq imtahanı edək. Onlayn imtahana maksimum 10 min adam qoşula bilər"

BAKI, 20 iyun — Sputnik. Xüsusi karantin rejiminin müddəti uzanarsa, ali məktəblərə qəbul imtahanları onlayn keçirilməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O deyib ki, 100 min abituriyent üçün onlayn imtahanın keçirilməsi qeyri-mümkündür: "Texniki şərait baxımından, hər bir şəxsin bu prosesdə iştirakı üçün müəyyən bilik və İT texnologiyası ilə bağlı vərdişi olmalıdır ki, həmin şəxsin imtahan nəticələrinə mənfi təsir etməsin.  Bununla yanaşı, bütün şəxslər fasiləsiz internetə qoşulmalıdır ki, onlayn kütləvi imtahanları etmək mümkün olsun. Həmçinin internetin sürəti də çox güclü olmalıdır. İndiyədək müxtəlif imtahanları onlayn etmişik, edəcəyik də. Bu, 100 nəfərlik bir imtahan deyil ki, əvvəldən hazırlaşsınlar. Hazırda yazı işlərinin yoxlanılması üçün ekspertlər də onlayn çalışırlar. Bu cür imtahanı bütün ölkədə keçirmək üçün gərək əvvəldən dəfələrlə sınaq imtahanı edək. Onlayn imtahana maksimum 10 min adam qoşula bilər, amma 20 min nəfərin qoşulması üçün müəyyən problemlər yaranar”.

Xəbər lenti
0