ELM

İmtahanların vaxtı dəyişdi - CƏDVƏL

© Photo : REPORTЭкзамен во время пандемии
Экзамен во время пандемии  - Sputnik Azərbaycan
Abunə olmaq
DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək

BAKI, 20 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə məlumat yayıb. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, DİM tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarının rayon və şəhərlər üzrə siyahısında dəyişiklik edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq DİM tərəfindən 24 və 25 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – yeni qrafikdə tanış olmaq mümkündür.

Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.

Ciddi karantin rejimi tətbiq olunmayan digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

Tarix/İmtahan* 24.06.2020 25.06.2020
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı
Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba
Azərbaycan dili (dövlət dili) imtahanı
-Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün
Sabirabad
Qazax
İmişli
Ağstafa
Astara
Bərdə
Biləsuvar
9-cu sinif cari ilin məzunları üçün     buraxılış imtahanı Sabirabad
Qazax
İmişli
Ağstafa
Astara
Bərdə (II hissə siyahı)
Biləsuvar
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı Sabirabad
Qazax
 
İmişli
Ağstafa
Astara
Bərdə
Biləsuvar
Azərbaycan dili (dövlət dili) imtahanı –
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini
rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün
Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı
Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba
Xəbər lenti
0