CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Direktor olmaq istəyənlər avqusta hazırlaşsınlar - Ondan tez olmayacaq

© Sputnik Grigoriy SyisoevПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib ki, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsi müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda ümumtəhsil müəssisələrində direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsi müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir: "Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulu avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm".

Xəbər lenti
0