ELM

Təzə gəldi bazardan... və hamının ağzını büzdü - onlayn imtahanlardan şikayət niyə çoxdur?

© AFP 2023 / Justin Sullivan /Getty ImagesДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox universitet tələbələri onlayn dərslərin keyfiyyətli keçirilmədiyini, imtahan suallarının həddindən artıq çox olduğunu deyir, onlayn dərslərdən sonra imtahan üçün verilən suallara cavabların verilməməsindən şikayətlənirlər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. İyunun 8-dən etibarən Azərbaycanda ali təhsil, o cümlədən də orta təhsil müəssisələrində imtahan prosesi yeni qaydada, onlayn şəkildə keçirilir.

Bəs görəsən, bu onlayn imtahanlarda iştirak edəcək hər kəs üçün əlçatanlıq təmin olunubmu?

Məzun - Sputnik Azərbaycan
ELM
Yüz ildə bir dəfə - Siyəzəndə “qeyri-adi son zəng”ə hazırlaşırlar

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında mövcud imtahan modelinin çatışmazlığından danışıb: "Öncəki illərdən fərqli olaraq bu il imtahanlar onlayn şəkildə keçiriləcək. Bu, Azərbaycanda yeni imtahan modeli olduğundan müəyyən problemlər var. Mart ayından etibarən orta ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində ənənəvi təhsil modeli dayandı və bundan sonra alternativ təhsilalma forması ortaya çıxdı. Tələbələr üçün ən böyük problem onlayn dərslərə qoşulmaq üçün kompüter, telefon və planşetlərin, internetin olmaması, yaxud da daha zəif olması idi".

"Ona görə də müəyyən qədər bu yeniliyin narahatlıq yaradacağını düşünmək olar. Artıq bir çox universitet tələbələrinin bununla bağlı çoxlu şikayəti və narahatlıqları var. Onlar onlayn dərslərin keyfiyyətli keçirilmədiyini, imtahan suallarının həddindən artıq çox olduğunu deyir, onlayn dərslərdən sonra imtahan üçün verilən suallara cavabların verilməməsindən şikayətlənirlər. Bu gün Azərbaycanda tələbələr üçün ən böyük problem resurs çatışmazlığıdır. Yəni imtahana hazırlaşmaq üçün əllərində yetərli materialların olmaması narahatlıq doğurur", - deyə ekspert əlavə edib.

K.Əsədov vaxt darlığının da əsas problemlərdən biri olduğunu deyir:

"İmtahanlarda cavabların verilməsi üçün zamanın az olması da əsas problemlərdən biridir. 5 sualın cavablandırılması üçün 10 dəqiqə vaxt çox azdır. Bundan başqa, onlayn imtahan zamanı internetdə problem yaranarsa, tələbələrə təkrarən imtahana qoşulma şansının verilməməsi də bir problemdir. Bunları doğru hesab etmirəm və düşünürəm ki, ilk dəfə keçirilən bu onlayn imtahanlarda tələbələrə anlayışla yanaşmaq lazımdır".

"Tələbə onlayn imtahanda növbəsini gözləyənədək 3 saat sistemdə olmalıdır. Bu da düzgün deyil, hesab edirəm ki, bu sistemdə müəyyən dəyişikliyin edilməsinə ehtiyac var. Əlçatanlığın təminatı üçün imtahanların test üsulu ilə keçirilməsi önəmlidir", - deyən ekspert əlavə edib ki, bəzi sosial şəbəkələrdə ali təsil müəssisələrinin müəllimləri onlayn imtahanla bağlı narahatlığı olan tələbələri sıxışdıraraq imtahanda onlara zəif nəticələr yazacaqları ilə bağlı hədə-qorxu gəliblər.

Xəbər lenti
0