05:18 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
1410

"Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi" səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək

BAKI, 8 iyun — Sputnik. Bu il magistraturaya qəbul imtahanında minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ixtisaslaşma seçimi müsabiqəsində iştirak etməsinə icazə verilib.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.

Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8-18 iyun 2020-ci il tarixlərində həyata keçiriləcək. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi" səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcəkdir.

Əlaqədar

DİM buraxılış imtahanının iştirakçılarına müraciət etdi
On bir il qulaq ardına vurulan qanun və ya indi Sokrat olmağın nə mənası var?
Onlar da biliklərini pulsuz yoxlaya biləcəklər
Qabiliyyət imtahanı vermək üçün bilməli olduğunuz bütün MƏLUMAT açıqlandı
Yay imtahanlarının ləğvi ilə bağlı məlumat yayıldı

Əsas mövzular