CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kolleclərə sənəd verən abituriyentlərlə bağlı son rəqəm açıqlandı

© AFP 2023 / NATALIA KOLESNIKOVAСтуденты, фото из архива
Студенты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq

BAKI, 2 iyun — Sputnik. Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a  verilən məlumata görə, bu gün saat 12:00-dək sənəd verən şagirdlərin sayı 52660 nəfərdir. Onlardan 50004 nəfəri Azərbaycan, 2656 nəfəri isə rus bölməsindən olan şagirdlərdir. Qeyd edək ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Xəbər lenti
0