21:05 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
3010

"Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri" mövzusunda elmi məqalələr toplusu onlara mükafat bəxş etdi

BAKI, 22 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra şəxslərə Dövlət Mükafatı verilməsi haqda Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir:

"2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı "Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri" mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilsin:

Nazim Timur oğlu Məmmədov

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov

Nadir Allahverdi oğlu Abdullayev

Ziya Saxavəddin oğlu Əliyev".

Əsas mövzular