CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyentin imtahanda qızdırması qalxsa...

© AFP 2023 / JUNI KRISWANTOТепловизор, фото из архива
Тепловизор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Növbəti dəfə də keçirəcəyimiz imtahanlarda kimsə xəstə olsa o, iki dəfə keçirilməsi nəzərdə tutulan imtahan olsa, digərində iştirak edəcək"

BAKI, 21 aprel — Sputnik. Bu il hərbi xidmətlə əlaqəli güzəştlər nəzərdə tutulmur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, bu güzəştlər DİM tərəfindən verilmir, qanunla tənzimlənir.

Onun sözlərinə görə, keçid ballarını da DİM müəyyənləşdirmir.

Belə ki, müsabiqədə iştirak üçün şərtlər də Nazirlər Kabineti tərəfindən təsdiqlənir: "Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil".

Onun sözlərinə görə, imtahanlarda iştirak edən abituriyentlərin temperaturu da ölçüləcək.

"Fevral və mart ayında keçirilən imtahanlarda iştirak edən namizədlərin də temperaturu ölçülürdü. Növbəti dəfə də keçirəcəyimiz imtahanlarda kimsə xəstə olsa o, iki dəfə keçirilməsi nəzərdə tutulan imtahan olsa, digərində iştirak edəcək. Yox əgər bir dəfə imtahan keçirilsə, o, xəstə halda imtahana buraxılmayacaq", - deyə o vurğulayıb.

Xəbər lenti
0