ELM

Alimlərdən koronavirusun mutasiyası barədə ümidverici bəyanat

© © Turkish Health Ministry/Handout via REUTERSТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni koronavirusun genomu çox sabit görünür, aşkar edilmiş əhəmiyyətli bir mutasiya orijinal virusdan daha az təhlükəlidir və virusun hüceyrəyə yapışmasına kömək edən zülal çıxıntıları burada dəyişməz qalır.

BAKI, 21 aprel – Sputnik. Tayvan və Avstraliyadan olan alimlər, yeni koronavirus SARS-CoV-2-in ilk əhəmiyyətli mutasiyasını aşkar edilblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ilkin tədqiqatın nəticələri bioRxiv nəşrinin saytında dərc edilib.

Mütəxəssislər bütün dünya üzrə infeksiyadan götürülmüş genomların yazıldığı informasiyaların toplandığı  məlumat bazasından əldə edilmiş 106 COVİD-19 virusunun nümunəsinin genetik strukturunu öyrəniblər.

Həmin məlumatlar ABŞ-dan 54, Çindən 35, İspaniyadan üç, Braziliyadan iki, Avstraliya, Finlandiya, Hindistan, İtaliya, Nepal, Cənubi Koreya və İsveçin hərəsindən bir yazını əhatə edib.

Ситуация в связи с эпидемиологической обстановкой в Ухане - Sputnik Azərbaycan
Bilmirik qorxaq, ya sevinək – Virus hələ də mutasiya edir

Mutasiya yanvarın 27-də Hindistanda bir xəstədən alınan nümunədə tapılıb. O, insanın ACE2 adlanan hüceyrələrində patogenin reseptorla əlaqə qurmaq qabiliyyətini azaldır, yəni insan üçün daha az təhlükəlidir.

Alimlər, həmçinin, yeni koronavirus haqqında məlumatları 2002-2003-cü illərdə atipik pnevmoniya kimi tanınan ağır kəskin respirator sindromunun baş verməsinə səbəb olan SARS koronavirusunun 39 genomunun ardıcıllığı ilə müqayisə ediblər. Nəticələr göstərib ki, SARS-CoV-2 virusunun genomu SARS virusundan daha çox davamlı və mutasiyalara daha az həssasdır. O, həmçinin kəskin respirator virus infeksiyası törədən viruslardan daha sabitdir.

Müəlliflərin fikrincə, bu, COVİD-19 vaksininin effektiv olacağına ümid yaradır. Lakin yeni koronavirusun mutasiyaları davam edərsə, bu, vaksin üzərində işi əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

"SARS-CoV-2-nin nisbətən sabit genomu epidemiyaya qarşı mübarizə üçün yaxşı bir göstəricidir, çünki mutasiyaların az sayı vaksinlər və antiviral preparatların sürətli inkişafına ümid verir", - deyə alimlər bildiriblər.

Onlar aşkar edilmiş mutasiyanın daha az təhlükəli olduğunu, virusun zülal çıxıntılarını kodlaşdıran və ona sağlam hüceyrələr əlavə etməyə imkan verən genlərin eyni olduğunu qeyd edirlər. Yəni, bu zülallar bir çox inkişaf etmiş vaksinlər üçün potensial hədəflərdir.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Çində ölənlərin sayı 3 mini keçdi – Virus özü isə mutasiyaya uğrayır

Koronavirus SARS-CoV-2, yayılma dövründə mutasiyaların yüksək templəri ilə xarakterizə olunan RNT virusları qrupuna aiddir. Alimlərin fikrincə, bu, vaksinin hazırlanması ilə bağlı çətinliklər yarada bilər. Buna misal olaraq, onlar mövsümi qripi göstərirlər. Çünki bu qriplər demək olar ki, hər il yeni mutasiya şəklində ortaya çıxırlar.

"Virus bütün dünyada sürətlə yayılmağa davam etdiyi və onda daha çox genomik məlumatlar toplandığı üçün SARS-CoV-2-in təkamül və mutasiya dinamikasını diqqətlə izləmək lazımdır. Biz SARS-CoV-2-nin mutasiyalarının nisbətən aşağı tezliyinə malik olduğunu təsdiqlədik, həm də digər immun xüsusiyyətləri və virulentliyi ilə yeni bir mutasiyanın artıq ortaya çıxdığını sübut etdik”, - deyə tədqiqatın müəllifləri bildiriblər.

Alimlər hələ ki nəticələrin çox ümidverici olduğunu deyərək təskinlik verirlər. Yeni koronavirusun genomu çox sabit görünür, aşkar edilmiş əhəmiyyətli bir mutasiya orijinal virusdan daha az təhlükəlidir və virusun hüceyrəyə yapışmasına kömək edən zülal çıxıntıları burada dəyişməz qalır.

Xəbər lenti
0