CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb

© AFP 2023 / ALAIN JOCARDДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq videodərslər (video.edu.az) portalında yerləşdirilib

BAKI, 1 aprel — Sputnik. Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə "Microsoft Teams" platformasından ödənişsiz istifadə imkanı yaradılıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq videodərslər (video.edu.az) portalında yerləşdirilib. Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

Xəbər lenti
0