22:23 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
30 0 0

Müsbət 430 dərəcə istidə nəinki koronavirus, heç özümüz də sağ qala bilməyəcəyik. Lakin ümid sonuncu ölür.

BAKI, 27 mart — Sputnik. Merkuri yaşamaq üçün əlverişli planetdir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Merkuri planeti Günəşə yaxındır. Planetin səthində tempratur +430 C, kölgədə isə -180 C olmasına baxmayaraq alimlərin fikrincə, orada yaşayış ola bilər.

1974-cü ildə NASA Mariner 10 zondu Merkurinin yaxımlğından keçdiyi zaman planetin səthində çatlar və kraterlər müəyyən edib. Belə hesab edilirdi ki, planet meteorit zərbələri zamanı deformasiyaya uğrayıb. ABŞ Arizona planatelogiya İnstitutunun alimləri yeni açıqlama təqdim edib. Onların fikrincə, "xaotik" mənzərə torpaq altında yığılan və asanlıqla qazdan maye və ya bərk hala keçən uçan birləşmələr səbəbiylə meydana gəlib.

Uçan maddələr Yerdəki həyatın yaranması və saxlanması üçün zəruri bir elementdir. Buna görə də, bu maddələrdən Merkuri üzərində olma ehtimalı araşdırmaçıları maraqlandırır.

Merkurinin görüntülərini öyrənən alimlər hündürlükdə və dik yamaclarda kəskin dəyişikliklərə diqqət yetiriblər. Onlar elə görünür ki, sanki onların altında olan materiyanın müəyyən hissəsi anidən buxarlanıb. Ola bilər ki, uçan maddələr kütlələri səth altına yığılıb və maqma ilə qızışıb və müəyyən bir temperatura çatdıqdan sonra onlar qaza çevrilib və ya bir yerə yığılıb və yaxud da günəş küləyi ilə uçub.

Alimlər həmçinin müəyyən edib ki, planetin xarici temperaturu həddən artıq soyuq və isti olsa da, səth altında şərtlər daha mülayimdir. Və hətta Merkuridə su da ola bilər.

"Böyük ehtimalla orada su olanda temperatur yaşayış üçün daha əlverişli olub" - deyə alimlər bildirib.

Əgər planetə nümunə yığmaq üçün kosmik gəmi göndərmək mümkün olsa daha dəqiq məlumatlar öyrənilə bilər.

Əsas mövzular