CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Distant təhsil daşa dirənib: tələbədən 10 min manat almaq asandır...

CC0 / Wokandapix / EducationЧеловек за чтением книг, фото из архива
Человек за чтением книг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Təhsil müəssisələrinin böyük əksəriyyəti təhsil xidmətini göstərmək üçün alternativlər, distant texnologiyaları tətbiq etməklə tədris prosesini qura bilmədilər" - Osman Gündüz

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Koronavirusun pandemiya halı alması səbəbindən təhsil müəssisələrində dərslərin dayandırılması artıq bir sıra ölkələri məsafədən təhsilə keçməyə məcbur edib. Türkiyənin Təhsil naziri Ziya Səlcuk bildirib ki, martın 23-dən məsafədən təhsilin ilk dərsini məhz o özü tədris edəcək: "Dərslərin müddəti 20 dəqiqə olacaq. Hər sinif və hər bir dərs üçün ayrı-ayrı dərs saatları nəzərdə tutulub. Müəllimlərin tədris etdiyi dərslər təkrar nümayiş olunacaq.  Məsafədən təhsilə (distant) digər fənlərlə yanaşı, sənət, peşə və əyləncələr də daxil olacaq”.

Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Biri o birini əvəz edəcək, qiyabi gedəcək, distant gələcək

Qeyd edək ki, Azərbaycanda da martın 3-dən dərslər dayandırılıb. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verilib. Amma ölkəmizdə hələ ki internet üzərindən məsafədən təhsil aparılmır.

Sputnik Azərbaycan ölkəmizdə məsafədən təhsilin aparılmasına mane olan səbəbləri araşdırıb. İKT üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsafədən təhsilin aparılması üçün ən vacib amil ölkə üzrə keyfiyyətli internetin olmasıdır. O.Gündüz bildirib ki, 21-ci əsr olmasına baxmayaraq. ölkəmizdə əksər yerlərdə internetin sürəti çox aşağıdır: ”Ölkədə 80% internet istifadəçisi olsa da, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) internet və telekommunikasiya infrastrukturunun normal olduğunu bildirsə də, Təhsil Nazirliyi təhsil sistemində rəqəmsallaşma aparıldığını bildirsə də, tətil müddətində tədris prosesini qurmaq üçün Təhsil Nazirliyi distant texnologiyalara deyil, teledərslərə, daha bəsit texnologiyalara üstünlük verdi.

Bu onu göstərdi ki, ölkədə yüksək texnologiyaların real – faktiki göstəricisi yüksək deyilmiş. Fors-major situasiya isə sübut etdi ki, müəllimlərin, şagirdlərin və tələbələrin keyfiyyətli internetə əlçatımlığında ciddi problemlər var. Təhsil müəssisələrinin böyük əksəriyyəti təhsil xidmətini göstərmək üçün alternativlər, distant texnologiyaları tətbiq etməklə tədris prosesini qura bilmədilər”.

O.Gündüz deyir ki, hər bir şagird və tələbə üçün il ərzində 5-10 min manat təhsil haqqı alan təhsil müəssisələrinin də təhsil xidməti göstərə bilməməsi Təhsil Nazirliyini ciddi düşündürməlidir: ”Necə ola bilər ki, hansısa  özəl orta məktəbdə 10 000 manat təhsil xərci ödəyəsən, ali təhsil üçün 3-4 min manat xərc ödəyəsən, amma təhsil xidmətini ala bilməyəsən?

Ali təhsil müəssisələri nəzərə almalıdırlar ki, UNEC, yaxın keçmişdə rəqəmsallaşmadan əsər-əlamət olmayan, neqativ halların aşıb-daşdığı bir təhsil qurumu modern, beynəlxalq standartlara cavab verən təhsil sistemi və bir Distant Mərkəz qura bilib. Deməli, başqalarında da bu mümkündür. Sadəcə məsuliyyətli və innovativ olmaq lazımdır. Bildiyim qədər, ADNSU, AzTU, BMU, BDU, XƏZƏR universitetləri də bu istiqamətdə ciddi səylər göstərirlər və real nəticələr də var. Təhsil Nazirliyi inkişafı tutub saxlamamalıdır, şəraiti və imkanı olan təhsil müəssisələrinə distant formada təhsilin təşkili üçün lisenziya verməli və hökumət də növbəti dərs ili üçün plan yerlərində distant formada qəbul üçün də yerlər nəzərdə tutmalıdır.

Əgər UNEC distant təhsil üçün milyonlarla investisiya yatırıb infrastruktru qurubsa, onu qanunvericilikdə nəzərdə tutulan qaydada xidmət göstərməkdən məhrum etmək milli maraqlarımıza uyğun bir addım deyil. Hazırkı durum göstərdi ki, hökumətin iki çıxış yolu var. Ya distant formada təhsilin təşkili üçün qanunverici bazanı təcili qəbul edib müvafiq şəraiti olanlara icazə verməli, ya da distantın təşkili ilə bağlı universitetlərə muxtariyyət verməlidir. Əks halda, düşünürəm ki, bu prosesi ləngitmək, kimlərinsə məqsədyönlü şəkildə distantın qarşısını alması bəzi qərar qəbul edənlərin də biznes maraqlarından xəbər verir”.

Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
ELM
Azərbaycanda universitet koronavirusa görə distant təhsilə keçdi

Ekspert deyir ki, distant formada təhsilin təşkili və tədris prosesində distant texnologiyaların tətbiqi fərqli anlayışlardır: "Hazırda bizdə bəzi təhsil müəssisələrində tətbiq edilən forma ikincidir. Distant formada təhsilin təşkili üçün Nazirlər kabineti, Təhsil Nairliyi və Dövlət İmtahan Mərkəzi zəruri sənədləri qəbul etməlidirlər. Bir sıra xarici ölkələrdə koronavirusla bağlı təhsillərini distant formada davam etdirmək məcburiyyətində qalan tələbələr üçün provayderlər pulsuz və ya güzəştli internet xidməti təklif edirlər. Bizdə də bəzi universitetlər, bildiyim qədər UNEC öz tələbələrinin distant təhsil müddətindəki internet xərclərini də ödəməyə hazır olduğunu bildirib.

Belə bir vəziyyətdə isə NRYTN -in "AzTelekom" dövlət operatorunun rəhbəri Suat Paşayev bəzi özəl provayderlərə məktub ünvanlayıb ki, aprel ayından etibarən özəl rovayderlərlə "Aztelekom" operatoru arasındakı müqaviləyə xitam veriləcək. Yəni, bu özəl provayderlərin bəlli rayonlarda fəaliyyəti dayandırılacaq.

Hansı ki indiki vəziyyətdə tam tərsinə olmalıydı, dövlət operatoru olan "Aztelekom" ölkədə internetə əlçatımlıq üçün  özəl provayderlərə daha münbit şərait yaratmalıdır. Bu situasiyada təhsil alanların internet trafikə tələbatı hədsiz çoxaldığından magistral provayderlərimizin, "DeltaTelecom"  və "AzerTelecom"-un provayderlərə güzəştli internet təklif etməsi vacibdir”.

UNEC-in rektoru Ədalət Muradov isə Sputnik Azərbaycan-a bildirib ki, xaricdə oxuyan bir sıra azərbaycanlı tələbələr koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Odur ki, UNEC dərslərində geri qalmamaları üçün həmin tələbələrə UNEC-də distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edib:

”Bizim dərslər ödənişsiz təqdim ediləcəkdir. Seçimlərinə uyğun olaraq tələbələr dərsləri Azərbaycan, türk, ingilis, rus dillərində dinləyə bilərlər. Yekunda tələbələrin istəyinə uyğun olaraq onlara dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər. UNEC-də distant dərslərə qoşulmaq üçün bu səhifəyə və bununla əlaqədar təlimatla tanış olmaq üçün  bu səhifəyə müraciət etmək lazımdır”.
Xəbər lenti
0