CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstə şagirdləri məcburən evə göndərəcəklər

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidВ школах Забайкалья прекращены занятия после выявления в регионе коронавируса
В школах Забайкалья прекращены занятия после выявления в регионе коронавируса - Sputnik Azərbaycan
Abunə olmaq
"Məktəblərdə müəllimlər tərəfindən valideynlərə məlumat verilib ki, xəstə olduğu halda məktəbə göndərilən şagirdlər evlərinə geri qaytarılacaqlar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. Dünən Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev valideynlərə çağırış edib. O bildirib ki, valideynlər xəstə uşaqlarını dərsə göndərməsinlər. Onun sözlərinə görə, bu təkcə övladları üçün deyil, digərləri üçün də təhlükəlidir: "Bunun bütün respirator viruslara aidiyyəti var. Əgər xəstəlik yayılarsa, məktəblərin bağlanması gözləniləndir. Ona görə də valideynlər uşaqlarında yüksək hərarət, qripin simtomplarını müşahidə etdikdə onları evdə saxlamalıdırlar".

Sputnik Azərbaycan xəstə şagirdlərin məktəbə gəlməsinin qarşısının alınması üçün hazırda hansı tədbirlərin həyata keçirildiyini araşdırıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirlik bununla bağlı Qərargah yaradılmazdan öncə valideynlərə məlumat verib. C.Valehov bildirib ki, məktəblərdə müəllimlər tərəfindən valideynlərə məlumat verilib ki, xəstə olduğu halda məktəbə göndərilən şagirdlər evlərinə geri qaytarılacaqlar: "Məktəblərdə hər gün şagirdlər vizual yoxlamadan keçirilirlər. Bu nəzarət daha da gücləndirilib. Halsızlıq, hərarət müşahidə olunan şagirdlər məktəbə buraxılmırlar. Valideynlərdən də xahiş edirik ki, övladları xəstə olduğu halda məktəbə göndərməsinlər".

O ki qaldı bu virusa görə məktəblərin bağlanması ilə bağlı yayılan məlumatlara, C.Valehov bu məsələnin nazirliyin səlahiyyətində olmadığını bildirib: "Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir".

Xəbər lenti
0