09:35 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
26 0 0

Gələn ildən məktəblərdə dərslərin sentyabrın 1-də başlaya biləcəyi ilə bağlı iddialar rədd edildi, köhnə tarix qüvvədə saxlanıldı

BAKI, 26 fevral — Sputnik. Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiqləyib. 

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” (bundan sonra – Sənəd) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.10-cu maddəsinə əsasən hazırlanmışdır və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında, habelə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris ilinin müddətini müəyyən edir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 1 oktyabr – 26 yanvar

ikinci yarımil: 1 fevral – 31 may.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 15 sentyabr – 26 yanvar;

ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);

qış tətili: 27-31 yanvar (5 gün);

3 məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu sənədlə müəyyən olunmuş tədris ili müddətindən fərqli müddətlər müəyyən edilə bilər.

Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1336
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    2001
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1070