ELM

İmtahana hazırlaşanlar ərizəni hazırlasınlar – Sənəd qəbulunun vaxtı açıqlandı

© AFP 2023 / FREDERICK FLORINЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq

BAKI, 19 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq. Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.

İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Bu gün ölkədə bir neçə imtahan keçirilir

Qeyd edək ki, ali təhsilin bakalavriat səviyyəsi üçün sınaq imtahanı 16 fevral, ərizə qəbulu (I – V qruplar) 16 mart - 14 aprel, əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə, qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan, qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqli dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) 26 aprel tarixlərində keçiriləcək. Qəbul imtahanı – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) 11 may, qəbul imtahanı – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) 17 may, ərizələrində yaz imtahanında iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin yay imtahanında da iştirak etmək üçün qeydiyyatı 29 may - 12 iyun, qəbul imtahanı –– I və IV ixtisas qrupları üzrə (yay imtahanı) 28 iyun, qəbul imtahanı –– II və III ixtisas qrupları üzrə (yay imtahanı) 10 iyul, xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı V qrup üzrə 14- 27 iyun I qrup üzrə 13 - 16 iyul, xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı V qrup üzrə 1 iyul – 5 avqust, I qrup üzrə 21 - 24 iyulda aparılacaq. Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisasını seçmək istəyən abituriyentlərin qeydiyyatı 22 – 26 iyul, Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq" ixtisasını seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 27- 30 iyul, "Jurnalistika" ixtisasını seçmək istəyən abituriyentlərin qeydiyyatı 22 - 26 iyul, "Jurnalistika" ixtisasına seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 2 avqust, İxtisas seçimi (V qrup üzrə- müvafiq komissiya üzrə qabiliyyət imtahanları başa çatdıqdan sonra) 24 iyul – 7 avqust, Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 14 - 26 avqust, boş qalan yerlərə ixtisas seçimi 14 - 18 avqust, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 21 avqust - 2 sentyabrda keçiriləcək.

Мужчина за ноутбуком, фото из архива - Sputnik Azərbaycan
ELM
DİM ödənişli xidmətlərdən istifadə edənlər üçün məlumat yaydı

Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbuluna isə ərizə qəbulu 16 mart - 14 aprel, qəbul imtahanı (əvvəlki illərin məzunları üçün), qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan, qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqli dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) 26 aprel tarixində keçiriləcək. Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı 14- 27 iyun, xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 15- 25 iyul, ixtisas seçimi 14 - 18 avqust, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 21 - 31 avqust, boş qalan yerlərə ixtisas seçimi 3 - 6 sentyabr, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 8 - 14 sentyabrda baş tutacaq.

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulunun da tarixi açıqlanıb. Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu üçün ərizə qəbulu 21 fevral - 11 mart, qəbul imtahanı I mərhələ (əvvəlki illərin məzunları üçün), qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (I mərhələ), qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqli dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) (I mərhələ) 29 mart tarixində keçiriləcək. II mərhələ (əvvəlki illərin məzunları), qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (II mərhələ), qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqli dildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) (II mərhələ) 5 iyul tarixində olacaq. 

Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Abituriyent olmayanlardan 36 manat alıb sınağa çəkəcəklər
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı 9 - 16 iyul, xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 18- 22 iyul, ixtisas seçimi 24 iyul - 5 avqust, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 10 - 21 avqust, boş qalan yerlərə ixtisas seçimi 27 avqust - 2 sentyabr, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 4 - 11 sentyabra qədərdir. Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət üzrə (Naftalan, Goranboy, Daşkəsən ,Mingəçevir, Şəmkir, Gədəbəy Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Bakı ş. üzrə xüsusi məktəblər) 21 iyun, ümumi (9 illik) orta bazasında II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün) 5 iyul, tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət (Bakı, Naxçıvan MR, Şirvan) 5 aprel, tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət (Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Ağstafa, Qazax, Tovuz, Samux, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran) 12 aprel, tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət (Naftalan, Goranboy, Daşkəsən ,Mingəçevir, Şəmkir, Gədəbəy Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Bakı ş. üzrə xüsusi məktəblər) 19 apreldi. Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün) 26 aprel, tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı 3 may, payız imtahanı (eksternat qaydasında imtahan verənlər üçün) 6 sentyabr müəyyənləşib.

Xəbər lenti
0