ELM

Son gündür – Magistr olmaq istəyən tələssinlər

© AFP 2023 / FREDERICK FLORIN İmtahan, arxiv şəkli
 İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər

BAKI, 13 fevral — Sputnik. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu günün sonunadək davam edəcək.

Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Qeyd edək ki, 13 fevral saat 09.45-ə olan məlumata əsasən, 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131)ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Bakalavrlar "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurub və təsdiq etməlidir.

Xəbər lenti
0