ELM

Buraxılış və qəbul imtahanlarında balların hesablanma qaydası açıqlandı

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Balların hesablanma qaydası ötən ilki kimi saxlanılıb və heç bir dəyişiklik edilməsi nəzərdə tutulmayıb

BAKI, 29 yanvar — Sputnik. I,II,III və IV ixtisas qrupları üzrə qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, balların hesablanma qaydası ötən ilki kimi saxlanılıb və heç bir dəyişiklik edilməsi nəzərdə tutulmayıb.

© © State Examination Center of the Republic of AzerbaijanCari ilin məzunları üçün buraxılış imtahanı, əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsində balların hesablanma qaydası
Buraxılış və qəbul imtahanlarında balların hesablanma qaydası açıqlandı - Sputnik Azərbaycan
Cari ilin məzunları üçün buraxılış imtahanı, əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsində balların hesablanma qaydası

Maksimal bal: 400

Maksimal bal: 300

Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar 0, 1 və ya 2 balla, digər açıq və qapalı tipli tapşırıqlar isə 0 və ya 1 balla qiymətləndirilir.

Balların hesablanması qaydası ilə bu linkdən tanış olmaq olar.

Xəbər lenti
0