22:29 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
20 0 0

Elm adamları 1 Mars ilinin yerin neçə ilinə bərabər olduğunu da hesablayıblar. Onların sözlərinə görə, 1 Mars ili Yerin 686,9 gününə bərabərdir.

BAKI, 6 yanvar — Sputnik. Son illər Marsda yaşamaq, ora getmək bir çox insanın böyük arzusuna çevrilib. Xüsusən də inkişaf etmiş ölkələrin vətəndaşları yeni kəşflər və maraq üçün Marsa getməyi hədəfləyiblər. Lakin insanları hər zaman düşündürən bir sual olub: görəsən Marsda yaşasaydım neçə yaşım olardı?

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər hər kəsi maraqlandıran bu suala aydınlıq gətiriblər. 15 yaşında olan birinin Marsdakı yaşının 8 olduğunu deyən elm adamları 1 Mars ilinin yerin neçə ilinə bərabər olduğunu da hesablayıblar. Onların sözlərinə görə, 1 Mars ili Yerin 686,9 gününə bərabərdir.

Beləliklə, gələcəkdə insanlar daha gec qocalacaqlar. Çünki gec-tez insanlar həmin planetə ayaq açaraq orada yaşamağa başlayacaqlar.

Əsas mövzular