20:40 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
6710

Layihənin işltirakçıları bildiriblər ki, bu maddələr zərərli bakteriya və mikroorqanizmlərə artıb-törəməyə imkan vermir və beləliklə özünəməxsus mikrob əleyhinə qalxan yaradırlar

BAKI, 4 yanvar — Sputnik. Rusiyanın Altay Dövlət Texniki Universitetinin Biysk Texnologiya institutunun alimləri qidaların ömrünü uzadan unikal, təbii əlavə işləyib hazırlayıblar.

"Bu tamamilə təbii, ziyansız, kimyəvi qatqısız bir konservant olacaq. Əgər onu hazırda qida sənayesində istifadə edilən sintetik analoqları ilə müqayisə etsək, ərzağın keyfiyyətini itirmədən daha uzun müddət tərafətli saxladığının şahidi olarıq", - institut direktorunun müavini Vladimir Xmelyov "Rossiyskaya qazeta"ya deyib.

Konservantın hazırlanması üçün Biyskdən olan alimlər çaytikanının şirəsi çıxarılandan sonra qalan lətini utilizasiya edərək fermentlərin köməyilə canlı hüceyrələrdəki reaksiyaları sürətləndirib polifenollar - immuniteti möhkəmlədən güclü antioksidantlar - əldə ediblər. 

Layihənin işltirakçıları bildiriblər ki, bu maddələr zərərli bakteriya və mikroorqanizmlərə artıb-törəməyə imkan vermir və beləliklə özünəməxsus mikrob əleyhinə qalxan yaradırlar.

Əsas mövzular