CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda eksternat imtahanlarına start verilib

© AFP 2023 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Eksternat imtahanları dekabrın 27-də digər fənlər (Azərbaycan tarixi, ümumi tarix, xarici dil, informatika, biologiya, coğrafiya, həyat bilgisi) üzrə davam edəcək

BAKI, 26 dekabr — Sputnik. Bu gün Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib. Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib.

Экзамен, фото из архива - Sputnik Azərbaycan
ELM
İmtahanların “pulsuz” olması təklifinə rəsmi cavab verildi

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana hər iki səviyyə üzrə 847 nəfər qatılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (Ana dili (təlim dili), ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatika) üzrə imtahan veriblər. Dekabrın 27-də isə eksternat imtahanları digər fənlər (Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə davam edəcək. Ümumi orta təhsil səviyyəsi üzrə isə eksternlər hərəsində 10 sual olmaqla 6 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika və riyaziyyat) üzrə imtahan veriblər.

Eksternat imtahanları dekabrın 27-də digər fənlər (Azərbaycan tarixi, ümumi tarix, xarici dil, informatika, biologiya, coğrafiya, həyat bilgisi) üzrə davam edəcək. Qeyd edək ki, hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Onu da qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Xəbər lenti
0