CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaya qəbulla bağlı vacib dəyişiklik

© AFP 2023 / STEPHANE DE SAKUTINСтуденты проверяют результаты, фото из архива
Студенты проверяют результаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir

BAKI, 7 dekabr — Sputnik. Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Sputnik Azərbaycan bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Bu qərarla edilən dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

Xəbər lenti
0