Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı alimlər Rusiyada böyük uğur qazanıblar

© Sputnik / Anton Denisov / Mediabanka keçidRusiya Elmlər Akademiyasının binası
Rusiya Elmlər Akademiyasının binası - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin, Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin müxbir üzvü seçilib.

BAKI, 18 noyabr - Sputnik. Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib. 

APA-nın verdiyi məlumata görə, sözügedən azərbaycanlı alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur.

Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.

Qeyd edək ki, Elmar Musayev onkologiya üzrə Rusiyanın tanınmış mütəxəssislərindən sayılır.

Xəbər lenti
0