16:20 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident Heydər Əsədovla bağlı sərəncam imzaladı

© Official website of President of Azerbaijan Republic
ELM
Qısa URL
26 0 0

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru bundan əlavə daha bir ordenin laureatı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının sahibidir

BAKI, 29 oktyabr — Sputnik. Prezident İlham Əliyev Heydər Əsədovu ordenlə təltif edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident Sərəncam imzalayıb: "Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Azərbaycan Respublikasının keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədov eləcə də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı (2011), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının (2019) sahibidir.

Əsas mövzular