CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyevadan təşəkkür - Səbrinizin qiymətini yalnız illər keçdikcə vermək mümkündür

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır"

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar özünün "Instagram" hesabında Azərbaycan müəllimlərini təbrik edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, təbrikdə deyilir: "Əziz müəllimlərimiz, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram".

Xəbər lenti
0