03:12 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Şagirdlər, arxiv şəkli

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılacaq

© Sputnik / Konstantin Chalabov
ELM
Qısa URL
5 0 0

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

BAKI, 12 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabr 2019-cu il tarixindən 15 oktyabr 2019-cu il tarixinə qədər dayandırılacaq.

Bununla yanaşı, 15 sentyabr 2019-cu il tarixinə qədər qəbul edilmiş sorğuların icrası davam etdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46173 müraciət daxil olub. Onlardan 42196 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 3430 sorğu hazırda icra edilir, 547 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə Bakı şəhəri və regionlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Teqlər:
elektron qeydiyyat, yerdəyişmə, məktəb, şagird

Əsas mövzular