01:02 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Məktəbəhazırlıq qrupu

Bakıda beş yaşlılar proqnozu doğrultdular

© AR Təhsil Nazirliyinin mətbuat xidməti
ELM
Qısa URL
13 0 0

Sentyabrın 5-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 47 794 sorğu yerləşdirilib

BAKI, 5 sentyabr — Sputnik. Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 21 270 ərizənin onlayn qeydiyyatı (05.09.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb. 2019-2020-ci tədris ilində bütün beşyaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Sentyabrın 5-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 47 794 sorğu yerləşdirilib. Onlardan 44 955-i ümumi təhsil məktəblərini, 2 839-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır. Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Əlaqədar

Məktəbəqədər hazırlıq – valideyinlər nəyə diqqət yetirməlidir
Məktəbəqədər hazırlıqla bağlı yaranmış narazılığa aydınlıq gətirildi

Əsas mövzular