01:04 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
İmtahan, arxiv şəkli

Tələbələrin çoxdan gözlədiyi yeniliyin vaxtı çatıb

© Sputnik / Aleksey Malgavko
ELM
Qısa URL
374 0 0

Əliyeva bildirib ki, tələbə kreditləri ilə bağlı qanunun "Ali Təhsil haqqında" qanunun qəbulundan sonra hazırlanması gözlənilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda Tələbə Kreditləri ilə bağlı qanun qəbul edilə bilər. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Sona Əliyeva məlumat verib.

Deputat açıqlamasında bildirib ki, Milli Məclis tərəfindən tələbələrin kredit məsələsi ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulub. S.Əliyevanın sözlərinə görə, son illər ən çox müzakirə olunan məsələlərdən biri də, tələbələr üçün kreditlərin verilməsidir: "Çox təəssüf ki, Azərbaycanda özəl sektor tələbələrin təhsilinə maraq göstərmirlər. Biz istəyrik ki, tələbə kreditlərinin verilməsində özəl sektor iştirak etsin. Onlar özlərinə lazım olan mütəxəssislərin hazırlanmasında iştirak etsinlər. Bu gün özəl sektorda kadr çatışmazlığı problemi yarandıqda, xaricdən mütəxəssis dəvət edirlər. Amma özəl sektor mütəxəssislərin hazırlanması prosesində iştirak etmir. Yeni hazırlanacaq qanunda bu məsələlərin öz əksini tapması nəzərdə tutulur".

S.Əliyeva bildirib ki, tələbə kreditləri ilə bağlı qanunun "Ali Təhsil haqqında" qanunun qəbulundan sonra hazırlanması gözlənilir.

Əsas mövzular