CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin işə qəbulu üzrə növbəti mərhələ başlayıb

© AR Ministry of EducationTəhsil Nazirliyi
Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir

BAKI, 19 avqust - Sputnik. Bu gündən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
ELM
DİM qəbul imtahanının nəticələrini açıqladı

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Xəbər lenti
0