CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Digah sakinləri sentyabrda uşaqları məktəbə göndərməkdən imtina edəcək

© Sputnik / Leyla AbdullayevaDigah kənd F.Həmzəyev adına orta məktəbin vəziyyəti
Digah kənd F.Həmzəyev adına orta məktəbin vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd sakinləri aidiyyatı qurumlardan səslərinə səs verməyi xahiş edir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Dünya təhsilinin inkişafın üst səviyyəsində olduğu bir dövrdə ölkəmizin bəzi regionlarında hələ də istifadəyə yararsız vəziyyətdə olan məktəblər var. Quba rayonunun Digah kənd məktəbi də belələrindəndir. Bir müddət əvvəl Sputnik Azərbaycan həmin məktəbdəki dözülməz şərait barədə məlumat vermişdi. Üstündən xeyli vaxt keçsə də, sözügedən məktəbin vəziyyətində heç bir dəyişiklik olmayıb. 

Bu günlərdə Quba rayonunun Digah kənd sakinləri F.Həmzəyev adına kənd məktəbinin tamamilə yararsız vəziyyətdə olması ilə əlaqədar yenidən  Sputnik Azərbaycan-a müraciət ediblər. Kənd sakini Adil Qurbanov yeni tədris ilində övladlarını məktəbə göndərməyəcəklərini bildirib. O qeyd edib ki, övladlarının təhsili onun üçün vacibdir. Amma onların sağlamlığı təhsildən də vacibdir.

"Məktəb o qədər yararsız haldadır ki, orada təhsil almaq şagirdlərin sağlamlığı üçün təhlükəlidir. Ona görə də, düşünürük ki, növbəti dərs ilində uşaqları məktəbə göndərməyək" - deyə Qurbanov bildirib. 

Kəndin digər sakini Aqil Ağasıyev isə deyib ki, Digah Qubanın ən böyük kəndlərindən sayılır. 500-ə yaxın şagirdin təhsil aldığı məktəbin tövlədən fərqi yoxdur: "Kənd camaatının çoxu qərara alıblar ki, dərs başlayanda uşaqları məktəbə yollamasınlar. Sabah hansısa güclü  təbiət hadisəsi baş versə, məktəb çökəcək. Bu hal şagirdlərin məktəbdə olduqları zaman baş verərsə, buna kim cavabdeh olacaq?"

© Sputnik / Leyla AbdullayevaDigah kənd F.Həmzəyev adına orta məktəbin vəziyyəti
Digah kənd F.Həmzəyev adına orta məktəbin vəziyyəti - Sputnik Azərbaycan
1/6
Digah kənd F.Həmzəyev adına orta məktəbin vəziyyəti

2/6

3/6

4/6

5/6

6/6

Kənd sakini aidiyyatı qurumlardan səslərinə səs verməyi xahiş edir: "Dəfələrlə uşaqların ayağı məktəbin döşəməsindəki qırıq yerlərə düşüb qırılıb. Nəticədə uşaqlar aylarla məktəbə gedə bilməyiblər. Yeni modul tipli məktəbdən dərslər başlayana qədər bizim kənddə də quraşdırsınlar".

Kənd sakini Nofəl Əliyev də aidiyyatı qurumlardan bu məsələyə əncam çəkmələrini tələb edir: "Əgər yeni tədris ilinə qədər məktəb təmir olunmazsa, oranın şagirdi də olmayacaq. Çünki bizə başqa seçim qoymurlar. Təhsil nə qədər vacib olsa da, övladlarımızın sağlığı hər şeydən vacibdir. Səlahiyyətli şəxslər bu məsələyə əncam çəkməlidirlər, əks təqdirdə kənddə təhsil olmayacaq!"

Digah kəndinin bütün sakinləri sözü bir yerə qoyaraq, məktəb əsaslı təmir olunmasa, sentyabrda uşaqları məktəbə göndərməyəcəklərini bildiriblər. 

Sputnik Azərbaycan məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, sözügedən məktəbin vəziyyətindən xəbərdar deyil. Bununla belə, əgər kənd sakinləri onlara problemlə bağlı yazılı müraciət etsələr, Təhsil Nazirliyi problemi həll etməyə çalışacaq. 

Digah sakinləri ümid edirlər ki, kənd məktəbi yeni dərs ili başlayana qədər əsaslı təmir olunacaq və sakinlər heç nədən qorxmadan övladlarını təhsil dalınca göndərə biləcəklər. 

Xəbər lenti
0